Xəbər lenti

Dünya 14:25 14.10.2019

Kataloniya separatçılarına hökm oxundu

İspaniya Ali Məhkəməsi 2017-ci ildə Kataloniyada müstəqilli referendumu keçirən və ərazini İspaniyadan qopartmağa çalışan 9 separatçı liderə həbs cəzası verib.

Qaynarinfo xəbər verir ki, xalqı qiyama təhrik etməkdə ittiham olunan Təhsil naziri Xordi Kuixart, hökumət sözçüsü Xordi Turull, Əmək naziri Dolors Bassa, Ədliyyə naziri Karles Mundo, İctimai Nəzarət naziri Meritxell Borras, Ticarət naziri Santi Vila, Suverenlik naziri Cozep Rull, XİN rəhbəri Raul Romeva və Kataloniya Milli Məclisinin sabiq səfri Karme Forkadel 9-13 il müddətinə azadlıqdan məhrum edilib.

Kataloniyanın sabiq rəhbəri Karles Puçdemon və digər 4 siyasətçi ölkədən qaçdığı üçün onlara hökm oxunmayıb.

Gülşən

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?