Xəbər lenti

Foto 18:33 15.03.2018

Kraliça şahzadədən az qazanır (FOTOLAR)

"Netflix"in İngiltərə kral ailəsinin həyatından bəhs edən "The Crown" serialında çəkilən və Kraliça Elizabeti canlandıran aktrisa Kleir Foyun həyat yoldaşı Şahzadə Filipi oynayan aktyor Matt Smizdən daha az məvacib aldığı ortaya çıxıb.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, aktrisa Qızıl Qlobus mükafatının sahibi olmasına baxmayaraq tərəf müqabilindən az qazanır. Smizə daha əvvəl "Dr. Who" serialındakı çıxışına görə daha yüksək məbləğ ödənildiyi deyilir. 3-cü sezon serialda Foyu əvəzləyəcək Oliviya Kolman üçün belə bir fərq nəzərdə tutulmayıb.

Bu fakt film sektorunda cinsi ayrıseçkilik məsələsini gündəmə gətirib. Daha əvvəl "All the Money in The World" filmində aktrisa Mişel Vilyamsın baş rolu birgə oynadığı Mark Volberqdən az qazandığı ortaya çıxmış və məsələ müzakirələrə səbəb olmuşdu.

Gülşən

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?