Xəbər lenti

İdman 12:25 18.03.2024

“Latsio”nun ulduzu azarkeşlərin hücumuna məruz qaldı

"Latsio”nun futbolçusu Çiro İmmobile hücuma məruz qalıq.

Qaynarinfo-nun məlumatına görə, italyan ulduz, ötən həftənin cümə günü həyat yoldaşı ilə dörd yaşlı oğlunu məktəbə apararkən gərgin anlar yaşayıb. "Latsio”nun kapitanı məktəbin yaxınlığında Roma komandasının radikalları tərəfindən hücuma məruz qalıb. Oyunçunun dediyinə görə, yolda gedərkən bir qrup azarkeş onu itələməklə yanaşı, təhqir edib. 

Maurision Sarrinin gedişindən sonra İmmobile "Latsio"da heç də xoşbəxt deyil. Çünki baş məşqçinin istefasından sonra komandanın azarkeşlərinin bir hissəsi onunla bağlı narazılıqlarını səsləndirmişdi. 

Maraqlısı odur ki, faktlar məlum olduqdan sonra "Latsio”nun prezidenti Klaudio Lotito da açıqlama verib və heç də İmmobileni müdafiə etməyib: "Hər gün başıma gəlir, 20 ildir nəzarətdəyəm. Mənə və ailəmə hər gün ölüm təhdidləri gəlir. 8000 işçisi olan şirkətin prezidentiyəm, ancaq belə hay-küy salmıram” - sözlərini söyləyib.

Səbuhi Həsənov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?