Xəbər lenti

Dünya 18:20 07.01.2013

Lotereyada 1.1 milyard dollar uddular

İşsizlik və iqtisadi durğunluğun hökm sürdüyü İspaniyada bir lotereya şirkəti bilet sahiblərini sevindirib.


“Associated Press”in verdiyi xəbərə görə,  İspaniyanın 5 bölgəsindən olan qaliblər ümumilikdə “El Nino” lotereyasından 1.1 milyard dollar pul udublar.

Uduşlu biletlər Alikante, Leon, Madrid, Mursiya və Tenerife ərazisində satılıb. “El Nino” lotereyasının qiyməti 26 avrodur və ölkənin çökmüş iqtisadiyyatını diriltmək məqsədilə 2500 avrodan çox pul udan şəxslərin hər biri uduşun 20%-ni vergiyə verməlidilər.

Qeyd edək ki, “El Nino” lotereyası hər il yanvarın 6-da Epifaniya bayramında oynanılır.

ANN.Az

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?