Xəbər lenti

İdman 19:21 12.05.2018

Məhəmməd Salah oynayacağı klubun adını açıqladı

Bu mövsüm sərgilədiyi oyunla bütün diqqətləri üzərinə çəkən Məhəmməd Salah barəsində çıxan transfer xəbərləri ilə bağlı danışıb.

Qaynarinfo xəbər verir ki, misirli futbolçu "Liverpul"da xoşbəxt olduğunu bildirib: 

"Burda hər şey yolundadı. "Liverpul"la bağlı böyük hədəflərim var. Burda özümü xoşbəxt hiss edirəm. Möhtəşəm mövsüm keçiririk. İndi Çempionlar Liqasının finalındayıq. Hamımız böyük həyacan keçiririk. Bu sadəcə başlanğıcdı"

Qeyd edək ki, Salah bu mövsüm keçirdiyi 50 oyunda 43 qol vurub və 15 məhsuldar ötürmə edib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->