Qlobal bank konsorsiumu və R3 proqram şirkətinin idarəedicisi olan Antoni Levis il ərzində mərkəzi bankların öz rəqəmsal dəyərlərini (CBDC) çıxaracağını bildirib:

"CBDC-lərin bu il istifadəyə verilməsi gözlənilir. Bəzi mərkəzi banklarla danışıqlar apardıq müəyyən ödəmə problemlərini həll etmək istədiklərini söylədilər. Bunun üçün Blockchain platformasından istifadə edə bilərlər”.

CBDC-lər mərkəzi banklar tərəfindən bazara çıxarılan və övlət tənzimləmələri və qanunları ilə tənzimlənən aktivlərdir. Hal-hazırda, bankların əksəriyyəti CBDC-ləri yalnız maliyyə institutları üçün istifadə etmək istəyir. İnsanların istifadəsinə açıq CBDC olması gözlənilmir.

Bununla bağlı Beynəlxalq Ödənişlər Bankı (BIS) martda belə bəyanat vermişdi:

"Ümumi istifadə üçünçıxarılan CDBC-lər banklarda balanssızlıq yarada bilər və ticarət banklarındakı əmanətlər tez çəkilər”.

Levis paylanmış növlü sistemlərinin təhlükəsizlik baxımından yaxşı olduğunu söyləyib:

"Orta və mərkəzsiz sistemlər mərkəzləşdirilmiş sistemlərə bənzəməməlidir. Digər növ Blockchain istifadəsinin bir anlamı yoxdur. Yeni sistem hücuma qarşı fərqli bir tədbir görməlidir”.

2016-cı ilin əvvəlində CBDC-nin potensial təsirini görən Böyük Britaniya və Çin mərkəzi bankları öz rəqəmsal dəyərlərini inkişaf etdirmək üçün hazırlıqlara başlamışdı. Bu ilin yanvar ayında Malayziya, Tayvan, Polşa, İsveçrə, Yaponiya və Birləşmiş Millətlər Təşkilatının mərkəzi bankları Blockchain texnologiyası ilə bağlı xəbərlərdə yer aldılar. Fevral ayında Avropa Komissiyası iqtisadiyyatı Blockchain ətrafına toplamaq üçün araşdırmalara başladı. (kripto.az)