Xəbər lenti

Dünya 00:12 18.05.2013

Məscidin yaxınlığında terror

İraqın Bakuba şəhərinin mərkəzindəki Sarye məscidində qılınan cümə namazından sonra böyük bir partlayış baş verib.

Partlayış nəticəsində 25 nəfər ölüb, 45 nəfər yaralanıb.

Hadisə yerinə çox sayda təcili tibbi yardım maşını göndərilib.

İraqın bir çox şəhərində cümə namazından sonra minlərlə adam hökumət əleyhinə nümayişlǝrdǝ iştirak edib.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->