Xəbər lenti

Ölkə 18:43 16.07.2013

Minimal bal 250-yə endirildi

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) III ixtisas qrupu üzrə qəbul imtahanının nəticələrinə əsasən, müsabiqəyə buraxılmaq üçün tələb olunan minimal balı aşağı salıb.

 TQDK-nın mətbuat xidmətindən verilən xəbərə görə, müsabiqəyə buraxılmaq üçün tələb olunan minimal balı əvvəlcədən nəzərdə tutulan 300 baldan 250 bala endirilib  Bundan başqa, qeyd olunan nəticə göstərən abituriyentlərin imtahan fənlərinin hər hansı biri üzrə nisbi balı 10-dan az ola bilər.

Beləliklə, III qrup üzrə ixtisas seçimində ümumi balı 250 - dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

Bir neçə dəqiqədən sonra III qrup üzrə qəbul imtahanlarının nəticələri elan olunacaq.

Qaynar.info

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?