Xəbər lenti

Natiq Ulubəy İsa Qəmbərlə mübarizədən geri çəkildi
Siyasət 15:59 02.05.2024

Natiq Ulubəy İsa Qəmbərlə mübarizədən geri çəkildi

Müsavat Partiyasının üzvü Natiq Ulubəy başqanlığa namizədliyini geri götürüb.

Bu barədə Qaynarinfo-ya partiyadan məlumat verilib. Məlumatda qeyd edilib ki, Natiq Ulubəy qərarını bu dəqiqələrdə açıqlayıb.

Natiq Ulubəy bu gün keçirilən təşkilat komitəsinin son iclasında mübarizədən çəkilməklə bağlı qərarını elan edib.

Partiyanın qurultayla bağlı təşkilat komitəsinin sədri Gülağa Aslanlı məlumatı təsdiqləyib. 

Qeyd edək ki, mayın 4-də Müsavat Partiyasının növbəti qurultayı keçiriləcək. Başqanlıq uğrunda gedən mübarizəyə Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər, Divan üzvü Osman Kazımov və partiya üzvü Natiq Ulubəy namizədliyini ürəli sürmüşdü.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->