Xəbər lenti

Ölkə 18:15 26.04.2024

Naxçıvanda şöbə müdiri icra hakimiyyətinin məhkəməyə verdi

Naxçıvan Muxtar Respublikası (MR) Naxçıvan Şəhər İcra Hakimiyyətinin şöbə müdiri İsmayıl Gülməmmədov çalışdığı qurumu məhkəməyə verib. 

Qaynarinfo xəbər verir ki, İsmayıl Gülməmmədovun iddiasına Naxçıvan MR İnzibati Məhkəməsində baxılacaq. 

İş hakim Elnur Hüseynovun icraatındadır. İsmayıl Gülməmmədovun iddia tələbi barədə məlumat yoxdur. 

Ötən il Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov işdən çıxarılıb. Bəzi iddialara görə, onun işdən çıxarılmasında sonra qurumda kadr dəyişikliklərinin həyata keçirilməsinə başlanıb. İsmayıl Gülməmmədov da bu dalğada işini itirib. Onun məhkəməyə müraciət etməsi isə işə bərpa ilə bağlıdır.  

Lakin Naxçıvan Şəhər İcra Hakimiyyətinin rəsmi veb-səhifəsində İsmayıl Gülməmmədovun adı hələ də şöbə müdiri kimi qalır. Bu baxımdan, məhkəmə çəkişməsinin başqa məsələ ilə bağlı olduğu ehtimal olunur. 

Seyid 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->