Xəbər lenti

Video 13:23 23.04.2024

Nazilə Səfərli: "Əylənməyək, gedək qumar oynayaq?" (VİDEO)

"Bunların əlindən əylənə də bilmirik. Neyləyək? Əylənməyək, gedək qumar oynayaq?".
 
Bunu Qaynarinfo-ya açıqlamasında şairə Nazilə Səfərli deyib.

Nazilə Səfərli bildirib ki, heç nə heç kəsin gözündən yayınmır:

"Məclislərdə kimsə bizə nəmər verirsə, bunun xəbər yükü nədir? Özü də heç nəmər də verməyiblər. Adamın əlinə pul verəndə yaxşı oynayır axı, həm də sevinirlər. Mən də çəkilişdən əvvəl rəqs edənlərə dollar verdim. Çəkiliş bitəndə isə həmin dolları onlardan geri aldlım. Dedim pulumu qaytarın".

Nazilə Səfərli həmişə həmkarlarının ona "torba" tikdiyini vurğulayıb:

"Bu dəfə də mən onlara "torba" tikdim. Gül kimi rəqs edirdik". 
 
Qeyd edək ki, sosial şəbəkədə şairə Nazilə Səfərlinin məclislərin birində rəqs edən sənət adamlarına şabaş kimi verdiyi dolları rəqs bitəndən sonra onların əlindən alması ilə bağlı video-görüntülər yayılıb. Bir çoxları bu əməlinə görə onu qınayıb.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->