Dünya 21:42 04.08.2013

Nobel mükafatı laureatı ölkəyə buraxılmadı

Bu gün Qahirə hava limanının əməkdaşları, 2011-ci ildə Nobel Sülh Mükafatı alan Qahirə Yəmən vətəndaşı Təvəkkül Karmana Misir ərazisinə daxil olmağa icazə verməyiblər. 

Ans press-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, T.Karman Birləşmiş Ərəb Əmirliklərinə uçan təyyarə ilə geri qayıtmağa məcbur olub. 

Məlumata görə, Nobel mükafatçısı, Misirə keçmiş prezident Məhəmməd Mursi tərəfdarlarının keçirdiyi aksiyalara qoşulmaq üçün gəlirmiş.

Qeyd edək ki, Təvəkkül Karman (Tavakul Carman) tanınmış hüquq müdafiəçisi və “Zəncirlər olmayan Qadın-Jurnalistlər” hərakatının qurucusudur. Onun 2007- 2010-cu illərdə Sana hökumət binası qarşısında təşkil etdiyi etiraz aksiyaları Yaxın Şərqdə və Ərəb dünyasında böyük səs-küyə səbəb olmuşdu. T. Karman, bu aktivliyinə görə 2011-ci ildə Nobel sülh mükafatı alıb.

Qaynar.info