Xəbər lenti

Ölüm xəbəri yayılan Murad Muradovla bağlı həkimindən açıqlama
Ölkə 10:41 11.05.2024

Ölüm xəbəri yayılan Murad Muradovla bağlı həkimindən açıqlama

Ötən gün yazıçı Murad Muradovun vəfat etməsi ilə bağlı xəbərlər yayılıb. 

Yazıçının dostları sosial şəbəkə hesablarında onun sağ olduğunu, nəfəsinin gəldiyini yazaraq, izləyicilərindən dualarını əskik etməmələrini istəyiblər.

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, Quba Mərkəzi rayon Xəstəxanasının reanimasiya şöbəsinin reanimatoloqu Paşa Məmmədov bildirib ki, gənc yazarın həyatda qalmaq şansı olmasa da, hələ ki, sağdır.

O qeyd edib ki, M.Muradovun vəziyyəti son dərəcədə ağırdır, koma 3-dür:

"Beyin ölümü baş verib, lakin hələ ki, ürək vurur. O, süni nəfəs aparatına bağlıdır".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->