Xəbər lenti

Dünya 16:18 16.06.2018

OMON Surqutdakı “sxodka”nı dağıtdı: azərbaycanlı saxlanıldı

Rusiyanın Surqut şəhərində "qanuni oğrular”ın "sxodka”sının qarşısı alınıb.

Qaynarinfo musavat.com-a istinadən xəbər verir ki, Surqut OMON-u şəhərdəki avtoritetlərin birinin evinə basqın edərək ən azı 10 nəfəri saxlayıb. Saxlanılanlar arasında Piri adlı azərbaycanlı da var.

Məlumata görə, onlar yerli iş adamlarına haqq qoymaqla məşğul imişlər. Əməliyyat zamanı onlardan biri qaçmağa cəhd etsə də, çox da uzağa gedə bilməyib.

Saxlanılanların hamısı Surqut şəhər polisinin təcridxanasına aparılıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?