Xəbər lenti

Dünya 14:14 17.04.2024

Orban: "Aİ rəhbərliyi bütün əsas layihələri iflasa uğratdı və getməlidir"

Macarıstanın baş naziri Viktor Orban Avropa İttifaqının (Aİ) rəhbərliyini siyasi şantajda ittiham edib. Onun fikrincə, Avropa hakimiyyəti bütün böyük layihələri iflasa uğratdı və rəhbərlikdən uzaqlaşmalıdır. Baş nazirin narazılığına Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin Macarıstanın "miqrasiya və gender siyasətinə görə" Aİ fondlarından pul almayacağına dair sözləri səbəb olub.

Qaynarinfo bu barədə "Kommersant"a istinadən xəbər verir.

"İndi Avropa İttifaqının liderləri özlərinin seçdiyi yaşıl keçid, davamlılıq siyasəti, miqrasiya, sanksiyalar və hərbi siyasət əsas layihələrinin hamısını uğursuza uğratdılar. Avropa İttifaqının hazırkı rəhbərliyi getməlidir, bizə yeni liderlər lazımdır", deyə Macarıstanın baş naziri mətbuat konfransında bildirib. 

Qeyd edək ki, Macarıstan hakimiyyəti dəfələrlə Aİ-ni Ukraynanı dəstəklədiyinə görə tənqid edib. Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib ki, Rusiya Federasiyasına qarşı sanksiyalar "Ukraynada hərbi əməliyyatların davam etdiyi və Avropada iqtisadi vəziyyətin pisləşdiyi üçün uğursuz olub". 

Nazir Macarıstanın Ukrayna ilə bağlı danışıqlara çağırışlara görə hücuma məruz qaldığını iddia edib.

Nizami Bağırov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?