Xəbər lenti

Ölkə 00:49 29.04.2013

Oyunçu aparsın!

Qafqaz Ömərov

Artıq aprel ayı da sona yetir. Havalarınqızması ilə yanaşı seçki ilində ölkədə siyasi ab-havanın istilənməsi vəsiyasi oyunların qızışması müşahidə olunur. Dünyanın siyasipraktikasında isə yeni bir qavram - "Facebook inqilabı" terminigündəmdədir. 

Azərbaycanda qonşu Gürcüstanda baş vermişvə Şevardnadzeni kreslosundan edən "məxməri inqilabdan" sonra dəbəminən "inqilab" termini həmin dövrdən bəri icazəli mitinqlərə çıxanzavallı Azərbaycan "inqilabçıları"nın geyimlərində öz rəngi ilə əksolunmaqdan başqa heç nəyə yaramadı. Ölkəmizdə müxalifət tərəfdarlarınınillərdir həsrətini çəkdiyi nə "məxməri", nə "narıncı", nə də... heç birinqilab baş tutmadı.

Bədbəxtlik burasındadırki, indiyə qədər hər şeyimiz köçürmə, plagiat olub, elə "inqilabımızda"da. Bəli, köçürmək istədiklərimiz bunlar olub: gürcünün "məxməriinqilabı", xaxolun "narıncı inqilabı", indi də ərəbin "Facebookinqilabı"...

Son günlər isə müxalifətin"inqilab aşiqləri" və hakimiyyətin "əks-inqilabçıları" sosial şəbəkələriişğal etməkdədir. Bir sözlə, "Facebook"da qrup qrupun ardınca açılır.Demək olar ki, qlobal şəbəkə "Gizli Bakı"nı xatırladır. Sanki"inqilabçılarla" "əks-inqilabçılar" yarışa çıxıblar. Artıq siyasimübarizə, oyun internetə daşınıb, inqilabi prosseslə əks-inqilabifəaliyyət "Facebook"da sürdürülür.

Azərbaycandasiyasi mübarizə həm də bir növ nərd oyununu xatırladır: üçüncürespublika zamanında dörd prezident, dörd parlament seçkisi, səkkizsiyasi zər oyunu, yəni iki tas, iki oyun. Üçüncü tas isə bu il başaçatacaq, növbəti prezident seçkisindən sonra. Bu, 1993-cü ildən bu yanakeçirilən doqquzuncu böyük seçkidir.

"Aşağıdakı"lar"hər şeyin sonunun" gəldiyi düşüncəsi ilə böyük həyəcan və şövqlə"Facebook inqilabı"na girişiblər. "Yuxarılara" - həm hakimiyyətə, həm dəmüxalifət liderlərinə lazım olan da elə budur. "Ölkədə demokratikprosseslər gedir. Müxalifət var və iqtidarla mübarizə aparır" -təsəvvürü guya Azərbaycanın dünyadakı müsbət imicinin formalaşmasınaxidmət edir. Bütün bunlar prezident seçkisi ərəfəsində xaos gözləyənqrupların yanıldığını göstərir.

Azərbaycandahər şey yağ və bal kimi gedir, iqtidar bütün gücü ilə hakimiyyətdə,müxalifət isə köhnə havasını zümzümə edə-edə öz ampluasındadır."Facebook"da zaman-zaman biri beş qəpiyə çıxan söyüş və küfrləri çıxmaqşərtilə, ümumilikdə, ölkədə hər şey öz qaydasında görünür. Amma bugedişlə hətta ərəbin də gerçəkləşdirdiyi yeni inqilab modelimüxalifətçilərin profillərində elə status olaraq qalacaq.

İqtidarlamüxalifət şəbəkə inqilabına pul və zaman xərcləyir və paralel olaraq,Zükeberqin milyardlarının üstünə milyardlar gəlir. Əcəb işdi vallah!Virtual inqilab, internetdə həyata keçirilən inqilab. Gorun çatlasınLenin! Eşitsəydi ki, dünyada belə bir inqilab etmək metodu var, Razlivgölü ətrafında illərlə ot-ələf yeyib inqilab etməzdi. Vallah, eləbilməyin bu yazı ilə müxalifəti gözdən salmağa çalışıram. Əsla! Sadəcə,müxalifətə də belə bir şəraitin sərf etdiyini diqqətə çatdırmaqistəyirəm. Əlbəttə, "Mersedes"in arxa oturacağına rahatca yayxanıbBakının küçələrində səkə-səkə virtual "inqilab" etməyə nə var ki...

İnqilablartarixindən dissertasiya müdafiə edən bu "psevdoliderlər" inqilabçılarınillərlə mağaralarda yatmalı olduğunu, acından qarışqa-həşərat yeməklazım gəldiyini məgər bilmirlər? Əslində, çox gözəl bilirlər, sadəcəoyun oynayırlar. Oyun isə 20 ildir davam edir. Hətta oynaya-oynaya millinərd oyunumuzun minillik ənənəsini belə pozmaqdan çəkinmirlər. Axı,cənablar, "uduzan çıxmalıdır!", axı bir-birinizə "fora" verə-verə nəqərdər davam gətirəcəksiniz? Nəysə, oyunçu aparsın!

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->