Xəbər lenti

Dünya 17:26 27.07.2013

Papa gənclərə səsləndi

Papa bəşəriyyəti dünyanı müsbətə doğru dəyişməyə çağırıb.

Braziliyada səfərdə olan Roma papası Fransis ötən gün Rio-de-Janeyro turu çərçivəsində növbəti dayanacaq olaraq Kopakabana çimərliyində keçirilən «Xaç Yolu» dini ayinin icrasını müşahidə edib. Daha sonra gənclərə müaricət edən pontifik insanları dünyanı yaxşılığa doğru dəyişməyə çağırıb.

"Dünyanın bir tərəfində tonlarla artıq ərzaq israf oldunduğu halda, digər tərəfdə milyonarla insan aclıq və səfalət çəkir. Bir tərəfdə irqçilik və zorakılıqlar insan ləyaqətinin ziddinə dayanıb, digər tərəfdə isə, siyasətçilərin adı xalqa xidmətdə deyil, daha çox rüşvətxorluqda hallanır", - deyə Papa sözlərini ifadə edib.

Papa Fransisin Rio-de-Janeyroya səfəri, eyni zamanda, etirazlarla da müşahidə olunub. Kopakabana çimərliyi yaxınlığında baş tutan aksiyada fəallar "bizə Papa deyil, səhiyyə və təhsil üçün pul lazımdir" deyə şüarlar səsləndiriblər./anspress.com/

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?