Xəbər lenti

Ölkə 18:28 17.08.2018

Prezident sərəncam imzaladı: 9,1 milyon ayrıldı

Prezident İlham Əliyev avqustun 17-də "Lənkəran rayonunun Hirkan–Daştatük–Biləsər avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

Qaynarinfo xəbər verir ki, yeddi min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Hirkan–Daştatük–Biləsər avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 9,1 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?