Xəbər lenti

İdman 13:26 16.04.2014

"Barselona", yoxsa "Real"?

Bu gecə İspaniya kubokunun yeni qalibi müəyyənləşəcək.

Qol.Az-ın məlumatına görə, həlledici görüşdə əzəli rəqiblər - "Barselona" və "Real" (Madrid) klubları üz-üzə gələcək. La Liqada çempionluq uğrunda amansız mübarizə aparan komandalar bu dəfə kubokda münasibətlərinə aydınlıq gətirəcəklər. 

Qeyd edək ki, bütün dünyada maraqla gözlənilən "El Klassiko" bu gecə, Bakı vaxtı ilə saat 00:30-da başlayacaq.  Final matçı Valensiyanın "Mestalla" stadionunda oynanılacaq.

16 aprel

İspaniya kuboku, final

00:30. "Barselona" - "Real" (Madrid)

Qaynar.info

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?