Xəbər lenti

İdman 11:00 06.01.2014

"Beşiktaş"ın futbolçusunu bıçaqladılar


"Beşiktaş"ın futbolçusu Sezər Öztürk bıçaqlanıb.
Qol.Az-ın klubun saytına istinadən verdiyi məlumata görə, dostları ilə birgə gecə klubuna gedən türk oyunçunun dostlarından birinə spirtli içki qəbul etmiş şəxs 6 bıçaq zərbəsi endirib.

Aranı sakitləşdirməyə çalışan S.Öztürkə də qolundan və ayağından iki bıçaq vurulub.

Yüngül xəsarət alan futbolçunun durumunu yaxşı olduğu bildirilir.

Qaynar.info

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?