Xəbər lenti

İdman 22:45 23.01.2014

"Qəbələ" Küveyt yığmasına qalib gəldi

Antalyada təlim-məşq toplanışında olan "Qəbələ"nin əvəzedici komandası bu gün ikinci yoxlama matçını keçirib.


Qol.Az-ın məlumatına görə, "qırmızı qaralar" bu dəfə Küveytin 21 yaşadək futbolçularından ibarət yığması ilə qarşılaşıb.

Matçın taleyini bir qol həll edib. Murad Musayevin ilk hissədə penaltidən vurduğu qol "Qəbələ"yə minimal hesablı qələbə qazandırıb - 1:0.

Qeyd edək ki, "Qəbələ" Antalyada keçirdiyi ilk yoxlama matçında Rusiyanın "Lokomotiv" klubuna 0:2 hesabı ilə məğlub olmuşdu. "Qırmızı qaralar" növbəti görüşünü sabah "Antalyaspor"un 19 yaşadək futbolçularından ibarət komandasına qarşı keçirəcək.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->