Xəbər lenti

Dünya 16:22 17.04.2013

Rəngli linzala qadağa

Türkiyədə "Səhiyyə haqqında" qanuna edilən dəyişikliklərə əsasən, ölkə ərazisində rəngli optik linzalar həkimlərin icazəsi ilə satılacaq.

Bu barədə Trend "Anadolu" agentliyinə istinadən məlumat verir.

Qanuna əsasən, bundan sonra gün eynəklərinin satıldığı optik mağazalarda hər hansı kontakt linzaların satışı, göz həkimlərinin xüsusi göstərişi olmadan hər hansı optik linzaların və ümumiyyətlə, estetik linzaların satışı qadağan ediləcək.

Məlumatda o da qeyd olunur ki, bu, ölkədə, əsasən, göz xəstəliklərinin yayılmasının qarşısını almaq üçün nəzərdə tutulub.

Qaynar.info

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?