Xəbər lenti

Sənət 23:30 11.04.2024

Rubensin 400 illik şah əsərindəki qırmızı tutuquşunun sirri açıldı (FOTO)

Nyu-York Texnologiya İnstitutunun amerikalı alimləri Flamand rəssamı Piter Pol Rubensin 1629-cu ildə "İnsanın, Adəm və Həvvanın süqutu" tablosunu çəkərkən etdiyi hiyləni açıblar. 

Qaynarinfo xəbər verir ki, tədqiqatın nəticələri "Journal of Vision" (JOV) elmi nəşrində dərc olunub.

Əsər bibliya hekayəsinə əsaslanır və Eden bağında ilan tərəfindən Adəm və Həvvanın vəsvəsəsi anını təsvir edir. Rəsmin orijinal versiyası 16-cı əsrdə italyan rəssamı Titian tərəfindən çəkilib. Təxminən 100 il sonra Rubens yeni detallar əlavə edərək Titianın işini yenidən yaradıb. Məsələn, kətan üzərində Titianda olmayan böyük bir qırmızı tutuquşu peyda olub.

Tədqiqatçıların aşkar edib ki, qırmızı tutuquşu Rubensə tamaşaçının baxışlarını manipulyasiya etməyə, onu kompozisiyanın mərkəzi personajı olan Həvvaya yönəltməyə imkan verib.

Alimlərin tapıntıları bir qrup könüllüyə şah əsərin rəqəmsal versiyalarının nümayiş etdirildiyi təcrübələr zamanı təsdiqlənib. Bəzi nüsxələrdə tutuquşu olub, bəzilərində isə emal yolu ilə çıxarılıb. İştirakçıların göz hərəkətləri və baxışlarının istiqaməti kamera ilə qeydə alınıb.

Məlum olub ki, tutuquşunun yanında müşahidəçilər Həvvanın üzünə daha diqqətlə baxır, quş olmayanda isə onların diqqəti bütün kətanda dolaşır.

Tədqiqatçılar belə nəticəyə gəliblər ki, Rubens tutuquşu tablosuna təkcə dekorativ və ya simvolik element kimi deyil, həm də əsərin mərkəzi xarakterinin təəssüratını artırmaq üçün tamaşaçının vizual diqqətini manipulyasiya etmək üçün yerləşdirib.

İşin müəllifləri əlavə ediblər ki, Flamand ustasının hiyləsi müasir marketoloqlar və dizaynerlər üçün faydalı ola bilər.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?