Xəbər lenti

Dünya 10:21 12.04.2018

Rusiya Aralıq dənizində təlimlərə başlayır

Rusiya Aralıq dənizinin Suriya sahilində hərbi təlimlərə start verir.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, rus donanma gəmiləri dünəndən etibarən təlimlərə start verib. Aralıq dənizində beynəlxalq sərhəd daxilində, qapalı ərazidə keçiriləcək təlimlərin 11-12, 17-19 və 25-26 aprel tarixlərini əhatə edəcəyi gözlənilir.

Qeyd edək ki, təlimlərdə 15 gəmi iştirak edəcək.

ABŞ Suriyada istifadə olunan kimyəvi silahlara görə Rusiyanı ittiham edir və bu ölkənin prezidenti Donald Tramp ötən gün "Hazır ol, Rusiya, raketlərimiz gəlir" xəbərdarlığını edib. Digər tərəfdən ABŞ donanmasına aid gəmilər Aralıq dənizinə doğru yola çıxıb. Təlimlərin bu dövrə təsadüf etməsi birmənalı qarşılanmır.

Gülşən

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?