Xəbər lenti

Siyasət 20:41 23.09.2017

Rusiya rəsmisi: «Bakı və İrəvan Qarabağın həllinə yaxınlaşıb»

Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin sədri Konstantin Kosaçev bəyan edib ki, Azərbaycan və Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həllinə yaxınlaşıb.

"Qaynarinfo" azvision.az-a istinadən xəbər verir ki, bu barədə “Rossiya Seqodniya” nəşri məlumat yayıb. 

“Rusiya bu münaqişədə neytral tərəf kimi çıxış edir. Bizim həm Ermənistan, həm də Azərbaycanla dostluq münasibətlərimiz var. Məndə olan məlumata görə, tərəflər Dağlıq Qarabağ münaiqşəsinin nizamlanmasına kifayət qədər yaxınlaşıblar”, - deyə Kosaçev vurğulayıb. 

Komitə sədri, həmçinin sentyabrın 23-də baş tutacaq Ermənistan və Azərbaycan XİN rəhbərlərinin görüşünün səmərəli olacağına ümid etdiyini bildirib. 

Mətbuat konfransı zamanı Kataloniya və İraq Kürdüstanında keçiriləcək referendumlara münasibət bildirən Kosaçev qeyd edib ki, nəticələr regionda gərginliyin artması və silahlı münaqişə ilə nəticələnməməlidir. 

Qaynarinfo.Az

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?