Xəbər lenti

Dünya 12:24 02.12.2018

Rusiyada Azərbaycandan olan cinayətkar qruplaşmalar arasında atışma

Rusiyanın Yamal-Nen muxtar vilayətinin Nadım rayonunda Azərbaycandan olan mütəşəkkil cinayətkar qruplaşmalarının nümayəndələri arasında atışma baş verib.

Qaynarinfo virtualaz.org-a istinadən xəbər verir ki, dekabrın 1-də baş vermiş atışma nəticəsində 1 nəfər ölüb, 2 nəfər ağır yaralıdır və reanimasiyadadır.

Ölən şəxsin mütəşəkkil qruplaşmalardan birinin lideri olduğu bildirilir. "Razborka”nın səbəbi biznesin bölüşdürülməsi üstündə yaranan münaqişədir.

Nadım rayonu üzrə daxili işlər idarəsindən bildiriblər ki, şəxsi heyət həyacan siqnalı ilə qaldırılıb. Atışmanın iştirakçılarının yaxalanması üçün genişmiqyaslı axtarış tədbirləri həyata keçirilir, habelə şahidlər dindirilir, atışma iştirakçılarının kimliklərinin müəyyən olunması üçün istintaq aparılır.
 
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!




Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->