Xəbər lenti

İdman 14:30 20.04.2024

“Santos”un baş məşqçisi təcavüz ittihamlarına görə istefa verdi

Braziliyanın qadınlardan ibarət millisinin keçmiş baş məşqçisi Kleyton Lima, təcavüz ittihamlarına görə oyunçuların etirazları ilə üzləşərək, hazırda çalışdığı "Santos”dan istefa verib. 

Qaynarinfo-nun məlumatına görə, Braziliyanın ən yaxşı qadın komandalarının bəzi üzvləri tərəfindən "Santos”a 19 məktub göndərilib. Lima cinsi qısnama və təhqiramiz davranışlarda ittiham edilib.

Ancaq 49 yaşlı mütəxəssis ittihamları rədd edib. Pele tərəfindən məşhurlaşan "Santos”, iddiaların sübutunu tapa bilmədiyi üçün baş məşqçi ilə müqaviləni pozmaması sərt reaksiyalara səbəb olub. Etiraz olaraq liqanın liderlərindən "Korintians"ın oyunçuları cümə günü "Santos"la matçdan əvvəl dövlət himni səsləndirilərkən ağızlarını və qulaqlarını bağlayıblar. Digər komandalar da oxşar etirazlar ediblər.

Bu səbəbdən mütəxəssisin istefası qəbul olunub. Klubdan verilən açıqlamada, "Ailəsinin bütövlüyünü və "Santos”u qorumaq üçün Kleyton Lima istefa ərizəsini təqdim edib” - sözlərinə yer verilib. Həmçinin bildirilib ki, Lima yenidən işə götürüldükdən sonra tənqid və hətta ölüm təhdidləri alıb.

Keçmiş yarımmüdafiəçi 2011-ci ildə Braziliyanın qadınlardan ibarət millisini çalışdırıb. 

Səbuhi Həsənov 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->