Xəbər lenti

Ekonomiks 12:35 05.08.2018

SOCAR Pakistana mayeləşdirilmiş təbii qaz tədarükünə başlayacaq

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) yaxın aylarda Pakistana mayeləşdirilmiş təbii qaz tədarükünə başlayacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə Trend-ə "Pakistan LNG Limited” operator şirkətindən məlumat verilib.

Qeyd olunur ki, SOCAR şirkətin bu məsələ ilə bağlı elan etdiyi tenderin qaliblərindən biri olub.

Mayeləşdirilmiş təbii qaz SOCAR tərəfindən iki hissədə tədarük olunacaq. 140 min kubmetr həcmdə olan hissələrdən birincisi oktyabrın 10-11-də, ikincisi 20-21-də tədarük ediləcək.

Qeyd edək ki, iyulun 26-da keçirilmiş tenderin qalibləri SOCAR-la yanaşı "GUNVOR International”, "BB Energy”, "Trafigura Pte” şirkətləri olub.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?