Xəbər lenti

Ölkə 16:20 08.11.2017

Tarix İnstitutunun direktorundan vacib açıqlama

"Türk xalqlarının vətəni Avrasiya məkanıdır". "Qaynarinfo" xəbər verir ki, bu sözləri AMEA Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov bildirib.

Onun sözlərinə görə, tarixin ən qədim dövrlərində və orta əsrlərdə Şərqi Anadolu Azərbaycan tarixi ilə sıx bağlı olub: "Atatürk Qurtuluş savaşını məhz Şərqi Anadoludan başlayıb. İran etnosları Ön Asiya regionuna sonradan gəliblər. Regionun ən qədim sakinləri Azərbaycan tayfaları olan lullubilər, kutilər və turukkulardır.

Azərbaycanın 5 min illik dövlətçilik tarixi var. Türk xalqlarının ilkin vətənini Urmiya hövzəsi və ya Altay regionu ilə lokallaşdırmaq düzgün deyil, onların vətəni yayıldıqları Avrasiya məkanıdır”.

Yaqub Mahmudov Azərbaycan tarixçilərinə müraciət edərək bildirib ki, informasiya müharibəsi şəraitində erməni daşnaklarına qarşı mübarizə aparmış "Difai” partiyasının tarixi daha dərindən araşdırılmalıdır.

Qaynarinfo.Az

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?