Ulduz futbolçu karyerasını bitirdi

Ulduz futbolçu karyerasını bitirdi

İngiltərə millisinin sabiq üzvü Eşli Koul futbolçu karyerasını başa vurub.

Qaynarinfo xəbər verir ki, 38 yaşlı müdafiəçi məşqçiliyə başlayacağını və ən yaxşı çalışdırıcılardan biri olmaq istədiyini deyib.

Qeyd edək ki, Eşli Koul İngiltərənin "Arsenal", "Çelsi", "Kristal Palas", "Derbi", İtaliyanın "Roma" və ABŞ-ın "LA Qalaksi" klublarında oynayıb. O, karyerası ərzində İngiltərə çempionluğunu (3 dəfə), Federasiya Kubokunu (7), Liqa Kubokunu (1), ölkə Super Kubokunu (3), Çempionlar Liqasını (1) və Avropa Liqasını (1) qazanıb.

Eşli Koul İngiltərə millisində çıxış etdiyi 13 il ərzində 107 matçda meydana çıxıb. O, yığmada ən çox oynayan 6-cı futbolçudur.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR