Xəbər lenti

Nəsimi Şərəfxanlı
Ölkə 11:14 23.11.2017

Vatikanın qulağının dibində: “Qarabağ Bizimdir..."

Nəsimi Şərəfxanlı

"Arxalı köpək qurd basar”... Amma kimə arxalansa da yenə də it itdir, qurd qurd...   

Zatən bizimçün yeni heç nə baş vermədi ki. Yüz illərdir bizə beləcə yuxarıdan aşağı baxıblar. Bir əsr öncə dünyaya bu gün də örnək olan Cumhuriyyət quranda necə "yox bir, ayağı çarıqlı kiçik bir ölkə gəlib bizlə bir masada oturacaq” deyə düşünürdülərsə, elə həmin düşüncə ilə də Bakı Olimpiya Stadionunda "Qarabağ”-"Çelsi” oyununa hakimlik etdilər. 

Bu oyunda hakimin hansı ölkədən olması, adının nə olması fərq etmir. Məşhur ifadədə deyildiyi kimi: "atan kazaklardı”. Baxış Qərb baxışıdı! Onlar hamamdan tutmuş, qaşıqla yemək yeməyə qədər müəllimləri olmuş Şərqə indi  ikrah və tənə ilə baxırlar. Onlara görə biz haqlı ola bilmərik, biz önə çıxa bilmərik, qalib gələ bilmərik və nəhayətdə həmişə əzilməliyik. Əksini görəndə isə əsəbləri dözmür. Necə ki, "Qarabağ”ın dirəkdən dönən zərbəsindən sonra həmin qərbli düşüncəsi "bunlar "Çelsi”ni də sındırarlar” havasına düşdü və... olanlar oldu...
 


"Qarabağ” həm də Qarabağın taleyini yaşayır. Xalq olaraq böyükdən kiçiyə Azərbaycan Qarabağ uğrunda savaşdı, həm də Div dövlətlərlə, bəzən birbaşa savaş meydanında texnikalarıyla, əsgərləriylə üz-üzə savaşdıq. Eynən "Qarabağ” kimi... və eynən "Qarabağ” kimi ortada qələbəmiz yox. 

Azərbaycan öz dövlət ərazisinin bərpası üçün üç güllə atanda bəyanat bəyanat dalınca gəlir, amma bir Kataloniya şıltaqlığına dözməyib Avropanın göbəyində günün günorta çağı dinc vətəndaşın üstünə ordu yeridirlər. Onlar haqlı, biz haqsız... 

Necə ki, "Atletiko Madrid”in Torresi qapıçı Şehiçi ayaqlayanda oyun epizodu olur, amma  Dino Ndlovu oyundan qovulmaqla cəzalandırılır. Bizi güc kimi görməyə əsəbləri tab gətirmir. Xristian qardaşları erməniyə hədiyyə etdikləri Qarabağın adı ilə komandanın əzmi və bacarığı qarşısında bütün xislətlərini ortaya qoyurlar. Bunlar Atatürkün üzünə söz deməyə cəsarət etməyib bu gün şəklini hərb təlimində hədəf qoyanlardı. Milyonların qətlinə fərman verən Hitleri yada salan yox ki...

"Qarabağ” da bizim ki, böyük meydana kimsəsiz çıxdı.  Arxada yalnız tək güvənc yeri vardı: azarkeşlər. Necə ki, 90-nın 20 yanvarında Bakıda, 92-nin 26 fevralında Xocalıda meydanda sadəcə Azərbaycan xalqı vardı və ABŞ-ın iki qülləsinə görə bütün Şərqi bombayla şumlayan Qərb ütülü bəyanatlar verməkdən o yana keçmirdi. Əvəzində qondarma erməni soyqırımına əklil qoyar bunlar, Sərkisyanla Saakyanı baş üstündə qonaq edərlər. Qapılarında beləcə "Qarabağ”ın təpiyi ilə vurulan qol gördükdə isə hirs-hikkələrindən çatlayıb, ədaləti də unudarlar. Zatən əvvəlindən bunların haqdan, ədalətdən bir anlayışı yox idi ki...  

İllər keçib, amma KAH(raman demək olmur)BƏ  BİZANS elə həmin bizans... Dəyişən adlardı sadəcə... 

Amma bizim üçün yola davam. Doğurdan da bütün yollar Romaya aparırmış. Bu dəfə yolumuz düz bəbəklərinin içinə Vatıkan olduğu məkanadır. 

Gedəlim və düz qulaqlarının dibində hayqıralım: "Qarabağ Bizimdir, Bizim olacaq!!!”

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->