Xəbər lenti

Ölkə 13:20 07.05.2013

Zeynəb Xanlarova: "Prezident Aparatında elə adamlar var ki..."

Xalq artisti Zeynəb Xanlarova parlamentdəki çıxışında ciddi mesajlar verdi.

O, “Heydər Əliyev Allah tərəfindən yer üzünə göndərilən bir möcüzədir. Biz çox xoşbəxt xalqıq ki, H.Əliyev bizim payımıza düşüb” - deyə bildirdi. Ardınca H.Əliyevə qarşı çıxanlardan danışdı: “Həmin adamlar indi də Heydər Əliyevin çörəyini yeyib Prezident Aparatında oturublar. 91-lərin müraciəti mənim evimdə hazırlanıb. O vaxt müraciəti hazırlayan Sirus müəllim deyirdi ki, Zeynəb xanım, gedirəm qapılarına deyirlər “uzaq edin”. Həmin o “uzaq edin” deyənlər indi “Heydər Əliyev, İlham Əliyev” deyirlər. Adam kişi olar da. Dünən bir cür olanlar, bu gün başqa cürdürlər”.

O.Əsədov müdaxilə edərək, “Zeynəb xanım, indi ağılları başlarına gəlib” deyə bildirdi.

Ardınca alqışlar qopdu.

Z.Xanlarova davam etdi: “Qəlblərinə toxunmasın. Prezident Aparatında bəzi elə adamlar var ki, inanın təxribatı yaradan elə onlardır. Vallah müxalifət bunların yanında yalandır. Düşmən odur ki sənin qabağında gülüb-danışır, artistlik edir. Həmin o adamlar anadangəlmə SSRİ xalq artistləridir”. Zaldan bir çoxları “sağ ol” deyərək Zeynəb xanımı alqışladılar. Ardınca H.Əliyevin xoşladığı mahnının sözlərini oxuyan Z.Xanlarova İlham Əliyev haqqında xoş sözlər deyəndən sonra M.Əliyeva barədə də danışdı: “Mehriban xanımı Janna Darka oxşadıram. Heç bir prezidentin xanımı bu qədər kasıb insanın içində olmayıb”. /musavat.com/

Qaynar.info

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?