Xəbər lenti

“... Ermənistanın sonunu yaxınlaşdıracaq!” - Ekspertlər
Ölkə 13:08 25.05.2020

“... Ermənistanın sonunu yaxınlaşdıracaq!” - Ekspertlər

"Bölgələrdə xidmət edən hərbçilərimizin şəraitinin yaxşılaşdırılması istiqamətində müsbət addımlar atılıb. Bu işlərin davamlı olacağını düşünürəm". 

Bunu Qaynarinfo-ya açıqlamasında cəbhəboyu zonada yeni hərbi hissələrin açılmasına münasibət bildirən Milli Məclisin deputatı Rasim Musabəyov deyib.

O bildirib ki, yeni hərbi hissə və şəhərçiklərin açılmasında məqsəd hərbçilərin yaşayış və xidmət şəraitinin müasir tələblər səviyyəsinə çatdırılmasıdır. 

Deputatın sözlərinə görə, hazırda düşmənə daha çox Azərbaycan Ordusunun silsilə təlimləri təsir edir: "Ancaq yeni hərbi hissələrin açılması o deməkdir ki, bizim hərbçilər yaşayış təminatından tam arxayın olsunlar. Onlar bilməlidirlər ki, bütün ehtiyacları yüksək səviyyədə təmin edilir”.

R.Musabəyovun fikrincə,  Azərbaycan Ordusu qonşu dövlətlərin orduları ilə müqayisədə böyük işlər görüb, uğurlar əldə edib: "Bu gün hər şey müqayisəli şəkildə aparılmalıdır. Reallıq odur ki, biz Azərbaycan Ordusunun təminatını ABŞ, yaxud Almaniya ordusunun təminatı ilə müqayisə edə bilmərik. Ancaq düşünürəm ki, bölgədə bizim hərbçilərimiz üçün lazımi işlər görülüb. Qonşu ölkələrlə - Rusiya, İran, Gürcüstanla müqayisədə Azərbaycan Ordusunda görülən işləri müsbət qiymətləndirirəm. Düşünürəm ki, bu müsbət dəyişikliklər davamlı olacaq".

Tədqiqatçı, Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli bildirib ki, yeni hərbi hissələrin tikilməsi, hərb sistemimizin kifayət  qədər modernləşdirilməsi və zəngin maddi-texniki bazamızın olması Ermənistanı narahat edir: 

"Hər birimiz ordumuzun keçirdiyi təlimləri və müsbət dəyişiklikləri ruh yüksəkliyi ilə izləyirik. Azərbaycan Ordusunda hərbi təlimlərin planlaşdırılmış formada davam etdirilməsi çox zəruri addımdır. Eyni zamanda mütəmadi olaraq həyata keçirilən hərbi təlimlər düşmən tərəfini hər zaman psixoloji gərginlikdə saxlayır. Bizim bütün təlimlərimiz Ermənistanda çox ciddi narahatlıqla izlənilir. Təbii ki, sülh danışıqlarını imitasiya etmək, Azərbaycanın torpaqlarını işğalda saxlamaq, status-kvonu bu yolla uzatmaq işğalçı Ermənistanın sonunu yaxınlaşdıracaq”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->