Deputat Rəşad Mahmudov:

Deputat Rəşad Mahmudov: "HİMALAY" lahiyəsi hələ də aktuallığını qoruyur!

"Bizə təqdim olunan sənədlərdə səhiyyənin maliyyələşməsində konkret dövlət büdcəsindən ayırmalar və maaşdan tutulmalar nəzərdə tutulur. Azərbaycan hökuməti tərəfindən hələ 2006-cı ildə səhiyyə reformları üçün dövlət sifarişi ilə Dünya Bankı tərəfindən həyata keçirilən, 86 milyon dollara başa gələn, dünya ekspertləri tərəfindən 6 ildə hazırlanan sənədlər toplusu yəqin ki, nəzərə alınıb. Nəzərə alınıbsa, maliyyələşmədə vətəndaşların bəlli nisbətdə nəğd ödəməsi niyə istifadə olunmayıb?”.

"Qafqazinfo” xəbər verir ki, bu sualla Milli Məclisin Səhiyyə komitəsinin üzvü Rəşad Mahmudov parlamentin bu gün keçirilən plenar iclasında büdcə müzakirələri zamanı çıxış edib. 

O imkanlı təbəqə xaricində, əmək qabiliyyətli işləyən təbəqədə ödənilən sığortanın haqqı ilə vətəndaşa xərclənəcək sığortanın maksimal həddə təsir edib -etməyəcəyi məsələsinə də toxunub: "Yəni, 10 min manat maaş alanla 300 manat maaş alan vətəndaş arasında fərq olacaqmı? Bilirik ki, Konstitusiyanın 149-cu maddəsində deyilən bərabər mənafelərə bərəbar münasibət konteksində olan prinsiplərin nəzərə alınaraq qərarların verilməsi daha doğru olar”.

Deputat bildirib ki, insanları narahat edən problemlərdən biri də işləməyən şəxslərin ailə üzvlərinin sığorta haqqıdır: "Bunun cavabının qısa müddət içərisində tapılması gələcək işin daha da planlı şəkildə həyata keçirilməsinə kömək edəcək. Standart sığorta ödəməsi xaricində xəstə istəyinə uyğun seçim zamanı xəstəxana və həkim timsalında rəsmi ödəmələrin nəzərdə tutulması çox vacibdir ki, bunun da kölgə iqtisadiyyatının qarşısının alınmasında bizə kömək edəcəyi düşüncəsindəyəm”.

XƏBƏRLƏR
BLOGLAR