Xəbər lenti

Ekonomiks 17:27 30.06.2025

"Excelsior Hotel"də baş direktorla menecer arasında nə baş verir?

"PMD Hospitality" MMC-nin idarəetməsində olan "Excelsior Hotel" MMC-nin baş icraçı direktoru Emin Həsənov məhkəmədə keçmiş işçisi Zeynəb Qarayevaya qarşı iddiada uduzub.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, "Excelsior Hotel" MMC-də satış üzrə menecer vəzifəsində çalışmış Zeynəb Qarayeva işdən çıxarılmasına etiraz edərək məhkəməyə müraciət edib.

Qarayevanın sözlərinə görə, baş direktor Emin Həsənov ona qarşı qərəzli münasibət nümayiş etdirərək onu saxta müqavilələr tərtib etməkdə ittiham edib və bu əsasla barəsində intizam tənbehi tətbiq olunub. Nəticədə, Əmək Məcəlləsinin 68-ci maddəsinin "b" bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilib.
 


İddiaçı qeyd edib ki, Həsənov onu işdən çıxarmaq niyyətini hələ 2024-cü ilin dekabrında bildirib. Ona təqdim olunmuş rəsmi bildirişdə müəssisədə ştat ixtisarının aparılacağı və bu səbəbdən onun işinə son veriləcəyi qeyd olunub. Lakin Qarayeva işdən çıxmadığı üçün, rəhbərlik hər hansı konkret pozuntu aşkarlamasa da, sonradan imzalanmış və möhürlənmiş müqavilələrə əsaslanaraq onu yenidən ittihamlarla günahlandıraraq, intizam tənbehi tətbiq edib.

Məhkəmə Zeynəb Qarayevanın haqlı olduğuna qərar verib və Emin Həsənov tərəfindən verilmiş töhmət və əmək müqaviləsinə xitam verilməsi barədə əmr ləğv olunub. Qarayeva əvvəlki – satış üzrə menecer vəzifəsinə bərpa edilib.

Əhməd

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->