Alyaskadakı Unimak adasında püskürən Şişaldina vulkanının külü 9 km-dən çox yüksəkliyə qalxıb.
Qaynarinfi məlumat verir ki, püskürmə cümə günü başlayıb və həftə sonu yenidən təkrar püskürüb. Hazırda da kül atılması davam edir, kül sütunun hündürlüyü təxminən 9.1 km hündürlüyə çatır. Qırmızı aviasiya təhlükəsi kodu təyin olunub.
Şişaldina vulkanı Aleut adalarında ən yüksək olanıdır. Unimak adasının mərkəzi hissəsində yerləşir. Hündürlüyü 2857 metr, yaşı isə 10 min ildir.
Alpər
Şərhlər