Avarçəkmə yarışlarında 2 dəfə olimpiya çempionu olan ingilis idmançı Aleks Qriqori "Polar Row" komandasının tərkibində Arktik yarışlarını tamamladıqdan sonra əllərinin fotosunu "Instagram" hesabında paylaşıb.
"Qaynarinfo"nun xarici KİV-ə istinadən məlumatına görə, idamançı komanda tərkibində 965 kilometr məsafə qət etdikdən sonra 11 dünya rekordunu təzələyib.
Yarışa başlayarkən hədəfi 12 dünya rekordunu təzələmək olan komanda təhlükəsizlik problemləri səbəbindən bu məqsədinə nail ola bilməyib.
"Ayaqlarım nəmli və soyuq, geyimim isə yaş idi. Yaxşı qidalana bilməmişdim, amma performansımız qürurvricidir. Bədənim ağrıyırdı, qorxmuşdum, amma indi xoşbəxtəm", - deyə 33 yaşlı idmançı yazıb.
Qaynarinfo.Az
Şərhlər