Foto 14:27 20.06.2021

113 saylı orta məktəbdə Nizami Gəncəvi muzeyi açıldı (FOTO)

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Təhminə Bədəlova Bakı şəhəri H.Ağaverdiyev adına 113 saylı tam orta məktəbdə açılmış "Nizami Gəncəvi muzeyi”nin açılışında iştirak edib. 
 
Bu haqda Qaynarinfo-ya Təhminə Bədəlova özü məlumat verib. 

Tədbiri giriş sözü ilə məktəbin direktoru Gültəkin Rüstəmova açaraq qonaqları salamlayıb. Daha sonra 328 nömrəli məktəbin direktoru Asif Nəbiyev çıxış edib. Təhminə Bədəlova "Yay məktəbi” çərçivəsində şagirdlərə "Nizami Gəncəvi yaradıcılığı” adlı mühazirə oxuyub. Tədbir qonaqların və şagirdlərin muzey eksponatları ilə tanışlıqla davam edib.