Foto 16:40 22.05.2020

12 yaşlı oğlanın parçalanmış meyiti tapıldı (FOTO/YENİLƏNİB)

Foto əlavə olunub.
 ***11:13

Oğuzda itkin düşən uşağın meyiti tapılıb. 

Qaynarinfo Report-a istinadən xəbər verir ki, Oğuz rayonunda itkin düşən yeniyetmənin meyiti tapılıb. Onu ayının parçaladığı ehtimal olunur.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, 12 yaşlı Cəbrayıl Vüsal oğlu Məmmədlinin meyiti meşəlik ərazidə aşkarlanıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları meyitin tapıldığı əraziyə yollanıb.

Qeyd edək ki, Oğuz rayonunun Xaçmaz kənd sakini 2008-ci il təvəllüdlü Cəbrayıl Vüsal oğlu Məmmədov mayın 21-də bostan sahəsini suvarmaq üçün ərazidən keçən çay qırağına gedib və bir daha geri qayıtmayıb.