Hollivud aktrisası Cessika Alba özündən 11 yaş kiçik olan aktyor Deni Ramireslə romantik münasibət qurub.
Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Mail" yazıb.
44 yaşlı Cessika Alba 33 yaşlı Deni Ramireslə birlikdə Kankuna uçan təyyarəyə minərkən görülüb. Məlumata görə, sevgililər 13 iyulda birlikdə Los-Ancelesə qayıdıblar. Onların tanışlıq tarixi məlum deyil.
"People" jurnalının mənbəyə istinad edərək verdiyi məlumata görə, Cessika Alba hazırda ciddi münasibət üçün hazır deyil: "Boşanmadan sonra diqqət mərkəzinə çevrilib. O, azadlığından zövq alır. Görüşləri olsa da, heç nə ciddi deyil, o, uşaqlarına və özünə diqqət yetirir. Hazırda münasibətlər onu maraqlandırmır".
24 mayda aktrisa Londonun Ricent Parkında naməlum kişi ilə gəzintidə görüləndə pərəstişkarları bunu onun yeni sevgilisi kimi şərh ediblər.
Cessika Alba 20 illik evlilikdən sonra Keş Uorrenlə yanvar 2025-də boşanıb. Səbəb kimi fikir ayrılıqları göstərilib. Cütlüyün 16 yaşlı Onor Mari, 13 yaşlı Hevın Qarner və 7 yaşlı Heys adlı övladları var.
Aydın
Şərhlər