14 ən qəribə sovet qida məhsulu: Qərbdə onların nə olduğunu bilmirdilər

14 ən qəribə sovet qida məhsulu: Qərbdə onların nə olduğunu bilmirdilər

Sovet İttifaqının öz qastronomik üstünlükləri var idi, bir çox məhsul haqda Qərbdə ümumiyyətlə, heç nə bilmirdilər. 

Qaynarinfo xəbər verir ki, bu haqda Estoniyanın "Postimees” portalı yazıb. Üstəlik, bu yeməklər Şərqi Avropanın sosialist ölkələrində belə məlum deyildi. Məsələn, SSRİ-yə Macarıstandan oxumaq üçün mübadilə yoluyla gələn uşaqlar yoğurt haqqında danışırdılar, amma özləri də burda xeyli yeni şeylər öyrənirdilər.

Sovet uşaqları hematogeni çox sevirdilər. Halbuki onu doza ilə yemək lazım idi, çünki anemiya üçün bir dərman idi. "Hematogenin əsas komponenti iribuynuzluların qanından alınan zərdab albümindir. Daha yaxşı dad üçün qatılaşdırılmış süd və bal əlavə olunurdu", - nəşr yazır. Xaricdə hematogen SSRİ-də olduğu kimi geniş yayılmayıb.

Sovet dövründə ağcaqayın şirəsi sənaye miqyasında istehsal olunur və üç litrlik şüşələrdə satılırdı. İndi Rusiyada ağcaqayın şirəsi tapmaq çox çətindir.
O zaman balıq pelmenisi də istifadə olunurdu. Daha kiçik idi və daha kiçik paketlərdə qablaşdırılırdı. Adi olanlardan xeyli kiçik idi. İçindəki qıyma treska ətindən hazırlanmışdı. Belə pelmenilər ətdən daha ucuz idi.

"Turistin səhər yeməyi" konservləri dənli bitkilərdən - ən çox arpa və düyüdən hazırlanırdı. Bir çox mağazada satılırdı və sovet xalqı onları "bəd gün üçün" ehtiyatda saxlayırdı.

"Baykal" qazlı içkisi Qərbin "Coca-Cola” və "Pepsi”sinin analoqu idi. Biyan, adaçayı, yovşan, şərbətçiotu, gentian və digər otların təbii ekstraktları və yağları əsasında hazırlandığı üçün çox xeyirli idi.

"Quş südü” tortunu xaricdə ümumiyyətlə, tanınmırdılar. Bu, SSRİ-də müəllif patentinin verildiyi ilk tort idi.

Siyahıda Kalmık çayı, krill pastası "Okean", qatılaşdırılmış süd və şəkər olan qəhvə (artıq tapa bilməzsiniz), tomatda kilki, "çöplü xoruz”lar, briketlərdə kisellər, soya şokoladı və evdə hazırlanan limonad var.
 
Alpər
XƏBƏRLƏR
BLOGLAR
X