Xəbər lenti

Tokayev ictimai yerlərdə niqabı qadağan etdi
Dünya 16:50 30.06.2025

Tokayev ictimai yerlərdə niqabı qadağan etdi

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev sifətin tanınmasına mane olan geyimlərin geyinilməsini qadağan edən qanunu imzalayıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə NUR.KZ portalı respublika başçısının nümayəndəliyinə istinadən yazıb.

İstisnalar qanunla nəzərdə tutulmuş hallar, xidməti vəzifələrin icrası, tibbi məqsədlər üçün, hava şəraitində və s. edilir.

Qeyd edək ki, prezident "Qazaxıstan Respublikasının bəzi qanunvericilik aktlarına hüquq-mühafizə xidmətinin, hüquq mühafizə orqanlarının, xüsusi dövlət orqanlarının, mülki müdafiə orqanlarının və hərbi qulluqçuların mənzil-məişət təminatının və sosial müdafiəsinin təkmilləşdirilməsi, habelə hüquq mühafizə orqanlarının fəaliyyətinin tənzimlənməsi sahəsində qanunvericilik aktlarında həddindən artıq tənzimləmənin aradan qaldırılması ilə bağlı dəyişikliklər və əlavələr edilməsi haqqında" qanunu imzalayıb.

Ölkə parlamenti daha əvvəl ictimai yerlərdə sifətin tanınmasına mane olan geyimlərin geyinilməsinə qadağa qoyulmasını nəzərdə tutan qanunu qəbul edib. Tədbir ictimai təhlükəsizliyin artırılması və hüquq pozuntularının qarşısının alınması məqsədi daşıyır.

Bu qanuna dəyişikliklərin üçüncü bloku daxili işlər orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə yönəlib. Polis fəaliyyətinin təşkilini yaxşılaşdırmaq üçün yerli polis xidməti ləğv edilib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->