14 yaşlı futbolçu bir oyunda 6 qol vurdu

14 yaşlı futbolçu bir oyunda 6 qol vurdu

Dortmund "Borussiya”sının 19 yaşadək futbolçulardan ibarət komandası "Vuppertaler”lə oyunda 9:2 hesablı qələbə qazanıb.

Qaynarinfo xəbər verir ki, Dortmund klubunun 14 yaşlı Yussufa Mukoko bu oyunda yeni komandasında debüt edib. Kamerun əsilli almaniyalı yarımmüdafiəçi debüt matçında 6 qol vurub.

Qeyd edək ki, Yussufa Mukoko 12 yaşında "Borussiya"nın U-17 komandasında çıxış edib. O, bu komandanın heyətində keçirdiyi 56 oyunda 90 qol vurub və bu mövsümdən U-19 komandasına cəlb olunub.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR