Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII turun oyunları üçün hakim təyinatları açıqlanıb.
Qaynarinfo xəbər verir ki, "Zirə" - "Neftçi" matçı FIFA referisi Əliyar Ağayevə tapşırılıb.
"Qarabağ" - "Səbail" görüşünü Rauf Cabbarov, "Qəbələ" - "Sumqayıt" oyununu Səbuhi Bayramov, "Sabah" - "Keşlə" qarşılaşmasını isə Səbuhi Bayramov idarə edəcək.
25 fevral (cümə axşamı)
15:00. "Qəbələ” –" Sumqayıt”
Hakimlər: Səbuhi Bayramov, Eyyub İbrahimov, Nahid Əliyev, Rauf Allahverdiyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Qəbələ şəhər stadionu.
16:00. "Zirə” – "Neftçi”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nicat İsmayıllı
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Asif Əliyev
Zirə İdman Kompleksinin stadionu.
17:30. "Sabah” – "Keşlə”
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Cəmil Quliyev, Elçin Məsiyev
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Erkin Hüseynov
"Bank Respublika Arena”.
18:30. "Qarabağ” – "Səbail”
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Cavanşir Yusifov, Rəhim Həsənov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
"Azersun Arena”.
Şərhlər