Xəbər lenti

175 nömrəli avtobusdan sərnişinlərin düşürülməsinə rəsmi münasibət
Ölkə 14:30 22.09.2018

175 nömrəli avtobusdan sərnişinlərin düşürülməsinə rəsmi münasibət

Bakı Nəqliyyat Agentliyi 175 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusdan sərnişinlərin düşürülməsinə dair yayıılan məlumata münasibət bildirib.

Qurumun mətbuat katibi Mais Ağayev Trend-ə bildirib ki, məsələ Bakı Nəqliyyat Agentliyi tərəfindən nəzarətə götürülüb və araşdırma aparılıb:

"Müəyyən edilib ki, 14.09.2018-ci il tarixində saat 18:30 radələrində 175 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobus "28 May” metrostansiyasının qarşısından Hövsan qəsəbəsi istiqamətində hərəkətə başlayıb. Lakin həmin ərazidə tıxac olduğundan avtobus uzun müddət hərəkət edə bilməyib. Bu zaman sərnişinlər sürücüdən avtobusun qapısını açmağı və onların düşməsinə şərait yaradılmasını tələb ediblər. Sürücü öz növbəsində bu barədə "BakuBus” MMC-yə məlumat verdikdən sonra sərnişinlər üçün müvafiq şərait yaradıb. Bir neçə sərnişin istisna olmaqla, qalanları avtobusu tərk edib. Avtobusdan düşməyən sərnişinlər tıxac aradan qalxandan sonra avtobusun salonunda olan sərnişinlərlə birgə Hövsan qəsəbəsi istiqamətinə yollanıb".

M.Ağayev əlavə edib ki, məsələnin həqiqətə uyğun olmayan tərzdə təqdim edilməsi təəssüf doğurur: "Media nümayəndələrindən bir daha xahiş edirik ki, müntəzəm sərnişindaşıma ilə bağlı hər hansı bir məlumatı dərc etməzdən öncə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinə müraciət etsinlər".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->