İspaniya Milli Məhkəməsi xalqı polisə qarşı təşviq etməkdə ittiham edilən iki qeyri-hökümət təşkilatı liderinin həbsi barədə qərar qəbul edib.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Kataloniya Milli Assambleyasının sədri Cordi Sançez və "Omnium Cultural" sədri Cordi Kuisart barədə həbs qərarı verilib.
Kataloniya polis rəisi Cozef Luiz Trapero və onun köməkçisi Tereza Laplananın isə pasportları götürülüb və 15 gündə bir polis yoxlaması şərti ilə azadlığa buraxılıb.
Qeyd edək ki, Kataloniya 1 oktyabrda müstəqillik referendumu keçirib və bu hadisədən sonra muxtar vilayətlə ispan höküməti arasında münasibətlər kəskinləşib.
Gülşən
Qaynarinfo.Az
Şərhlər