Xəbər lenti

2 SİM kartlı İphone modelləri
Texnologiya 11:25 20.04.2018

2 SİM kartlı İphone modelləri

Yeni Iphone modellərinin necə olacağı, hansı yeniliklərlə təchiz ediləcəyi hər kəsi maraqlandıran suallar arasındadır. 

Qaynarinfo xəbər verir ki, KGI şirkətinin olan məşhur analitiki Ming-Chi Kuo gözlənilən 3 iPhone modeli barəsində yeni məlumatlar verib. Onun sözlərinə görə təqdim olunacaq iPhone modellərindən 2-si iki SIM kart girişinə sahib olacaq. Onun verdiyi məlumata əsasən 6.1 inç LCD ekrana sahib iPhone modeli iki versiyada satışa çıxarılacaq: Bir və iki SIM kart girişli. Bir SIM kart girişli versiyanın 550-650 dollar, iki SIM kart girişinə sahib olacaq versiyanın isə 650-750 dollara satılacağı gözlənilir.

Bundan əlavə, 6.5 inç OLED ekrana sahib olacaq flaqman iPhone modeli də iki SIM kart girişi ilə təchiz olunacaq. Lakin 5.8 inç OLED ekrana sahib olacaq iPhone yalnız bir SIM kart girişi ilə təchiz olunacaq. Əgər Ming-Chi Kuo-nun məlumatları doğrudursa, iki SIM kart girişinə sahib olacaq modellər iPhone üçün yeni qiymətlər təqdim edəcək. Bundan əlavə olaraq əvvəlki məlumatlarda da bildirilib ki, iki ədəd flaqman iPhone modeli 4 GB RAM və L şəkilli batareya ilə təchiz olunacaq. Yeni iPhone modellərinin təqdimatının isə ənənəvi olaraq sentyabr ayında baş tutacağı gözlənilir. 

Nərmin Həsənli 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->