200 funt-sterlinqlə ildə 3 milyon qazanan biznes-ledi - Uğur hekayəsi

200 funt-sterlinqlə ildə 3 milyon qazanan biznes-ledi - Uğur hekayəsi

Kimberli Perri öz təcrübələrindən yola çıxaraq xüsusiən yeni ana olan qadınlar üçün qurduğu tramplin məşq proqramı ilə böyük bir uğura imza atıb.

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, "Boncer" şirkətinin təsisçisi olan Perri digər insanlarla münasibət qurmağın insanı daha yaxşı hiss etdirdiyini deyir. Şirkəti də məhz bu fikirlə yaratdığını və artıq ildə 3 milyon funt-sterlinqə yaxın gəlir götürdüyünü bildirib.

Əslən avstraliyalı olan 35 yaşlı Kimberlinin 6 il öncə "Boncer"i qurmasına ilham verən səbəb isə budur: 2014-cü ildə analıq məzuniyyətində olarkən Londonun 50 kilometrliyindəki Harlou qəsəbəsinə köçüb. Doğumdan sonra depressiya yaşayan Kimberli özünü çox yalnız hiss edib.


"Bütün həyatım idmanla keçirdi və insanlarla münasibət qurmaq üçün məşq zallarına gedirdim. Avstraliyada idman mədəniyyəti çox önəmlidir. Mən də 18 yaşımda ilk dəfə Londona gələndə dost tapmaq üçün netbol klubuna üzv oldum. Harlova köçəndə özümü çox yalnız hiss etdim. Heç kəsi tanımırdım və qatıla biləcəyim tək klub analar və uşaqlar üçün olanlar idi".

Kimberli məşqin yeni anaları psixoloji və fiziki sağlamlıqlarında necə böyük rol oynamasına baxmayaraq, anaların uşaqları ilə birgə gedə biləcəkləri bir klub olmadığını gördü. Bu səbəbdən öz klubunu yaratmaq qərarına gəldi və bir neçə ay sonra Bounce-u qurmaq üçün 200 sterlinq vəsait ayırdı.

"Özümü yaxşı hiss etmək istəyirdim. Yeni ana olaraq saatlarını, günün böyük hissəsini yalnız təkbaşına keçirirsiz. Dolayısı ilə Bounce-un o zaman həyatımda istədiyim hər şeyin qarışığı olmasını istədim, fit olmaq, ünsiyyətdə olmaq və əyləncə..."

Koronavirus epidemiyasından bir müddət əvvəl şirkət İngiltərədə, Avstraliyada və Yeni Zellandiyada aylıq 47 min müştəri cəlb edib.


Ona motivasiya verən bir digər amil isə əvvəl çalışdığı şirkətdə haqqı olduğunu düşündüyü vəzifənin başqa birinə verilməsi idi. O, daha əvvəl tədbir təşkilatçılığı ilə məşğul olan bir şirkətdə satış müdiri kimi çalışıb.

"Təşkilatçılıq işi çətindir. 7/24 çalışmaq məcburiyyətindəsiniz. Məncə, hamiləliyim də təyinatın mənə verilməməsi qərarına təsir etdi. Ruhdan düşmüşdüm. Bir neçə gün boyunca yatağımdan çıxmadan ağladım və bu iş olmadan necə bir kimliyə sahib olacağım haqda düşünməyə başladım".

Kimberli əvvəllər rəqslə məşğul olmuşdu və idman müəllimi olmaq üçün lazımi sertifikatları almaq üçün çox çalışır. Bir müddət sonra yaxınlıqdakı idman zallarının birində məşqçi kimi çalışmağa başlayır. Bounce-u yaratmaq fikri də burda ağlına gəlir.


"Tramplinlə qarşılaşdım və həyat yoldaşıma bunlardan 8 dənə almaq üçün ortaq hesabımızdan 200 sterlinq çəkəcəyimi dedim. Məncə, dəli olduğumu düşündü. İdmanla məşğul olmaq istəyən analar üçün mükəmməl olacağını bilirdim".

Kimberli ilk dərsinə başlamaq üçün rəqs əsaslı bəzi hərəkətlərin xareoqrafiyasını hazırlayır və Harlovda bir salon icarəyə götürür. 

"Analar uşaqları ilə gəlir və məşq edərkən uşaqlarını maşında qoyurdular. Bir neçə ay sonra tələb artınca daha çox sayda dərslər verməyə başladım. İnsanlar məşqlərin əyləncəli olmasını və təbii ki, 45 dəqiqədə 600 kalori yandırmağı sevdilər. Qazandığım pulun tamamını yenidən işə yatırdım. Salonun icarə haqqını ödədim, daha sonra daha çox sayda tramplin aparatı aldım. Amma artıq təkbaşına bacarmayacağım bir nöqtəyə gəlmişdim. Həftədə 12 dərs keçirdim və artıq bunun öhdəsindən gələ bilmirdim".

Kimberli daha sonra başqa idman müəllimlərini də işə götürür və dərslər get-gedə daha çox maraq cəlb etməyə başlayır. Bu arada bazarda artıq rəqibləri də ortaya çıxır. İşi genişləndirmək və fikrini qorumaq istədiyini bilirdi. Bu səbəbdən müəlliflik hüququ üçün araşdırmalara başlayır.


"Heç bir məlumatım yox idi. Amma fikrimi hüquqi olaraq qorumalıydım. Dolayısı ilə bir vəkil mənə müəlliflik hüququnu necə almalı və şirkəti necə böyütməli olduğum barədə məlumat verdi".

Kimberli və komandası bu günə qədər 700 idman müəllimi yetişdirib və İngiltərədə 320, ölkə xaricində isə 20 diler studiyası var. Dilerləri Bounce-un bir parçası ola bilmək üçün nəğd pul yatırır və bunun qarşılığında avadanlıq və bəlli coğrafi bölgədə fəaliyyət icazəsi alır. Dilerlər daha sonra gəlirlərindən müəyyən faiz ödəyirlər. Bunun qarşılığında müəssisənin idarəçilik qaydaları, dərslərin xareoqrafiyası, marka idarəçiliyi və marketinq fəaliyyətlərini ala bilirlər.

Londonlu bir idman müəllimi Mark Mullen Bounce-un əyləncəli və yoldaş tapmaq üçün qadınlar arasında olduqca populyar olduğunu bildirib.

Ötən il 3 milyon mənfəət götürən Kimberli hazırda Harlovda 25 nəfərlik bir komandanı idarə edir.

Camal
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR