Xəbər lenti

2012-ci ilin ən zəngin adamı
Dünya 15:41 02.01.2013

2012-ci ilin ən zəngin adamı

Onun 75 milyard dollarlın sərvəti var

2012-ci ilin yekunlarına görə dünyanın ən zəngin adamı meksikalı Karlos Slim olub. Onun 75 milyard dollarlın sərvəti var. İTAR-TASS-ın verdiyi məlumata görə, dünyanın ən varlı 100 adamı ötən il sərvətini 241 milyard dollar artırıblar və bu məbləğ 1,9 trilyon dollara çatıb. Hesablamanı "Blumberq" agentliyi aparıb. Gəlirlərini ən çox artıranlar telekommuniksiya biznesi və pərakəndə satışla məşğul olanlar olub.

Sərvətini artırmaq üzrə dünya lideri 76 yaşlı ispaniyalı Amansio Orteqa olub. Zara markası da daxil olmaqla geiym mağazaları şəbəkəsinin sahibi olan ispaniyalı iş adamı ötən il sərvətini 22,2 milyard dollar artırıb və 57,5 milyard dollara çatdırıb. Dünyanın 77 ölkəsində 5000-dən çox mağazaya malik olan Amansio Orteqa daşınmaz əmlak və qaz sənayesinə investisiyalar da qoyur. O, ötən ilki artımla dünyanın ən varlı üç adamından biri olub. İspaniyalı iş adamı ilk "üçlük"dən əfısanəvi Amerika maliyyəçsisi Uorren Baffeti sıxışdırıb.

Ən zəngin adamların siyahısında ikinci yeri 63 milyard dollarlıq sərvəti olan amerikalı Bill Geyts tutub. Dördüncü yerdə 47 milyard dolları olan Uorren Baffetdir. İlk "beşliy"i İKEA şirkətinin sahibi, 86 yaşlı isveçli iş adamı İnqvar Kamprad qapadır. Onun 42, 9 milyard dollar sərvəti var.

Dünyanın 100 ən zəngin adamından cəmi 16-sı 2012-ci ildə maliyyə itkisi verib.

Musavat.com

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->