Siyasət 16:33 30.05.2014

İlham Əliyev Türkiyəyə gedir

2-5 iyun tarixində 4-cü Türk Dilli Dövlətlərin Zirvə Toplantısı keçiriləcək

Azərbaycan  Prezident İlham Əliyev Türkiyəyə səfər edəcək. 

ANS PRESS-in məlumatına görə, Muğla vilayətinin Bodrum bölgəsində 2-5 iyun tarixində 4-cü Türk Dilli Dövlətlərin Zirvə Toplantısı (Türk Konseyi) keçiriləcək.

Türkiyə prezidenti Abdullah Gülün rəhbərliyi ilə keçiriləcək olan zirvə görüşündə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Türkmənistan prezidentlərinin iştirak edəcəyi bildirilir.

Zirvə görüşünün keçiriləcəyi ərazidə təhlükəsizlik tədbirlərinin gücləndirildiyi barəsində məlumat verilib.

Qaynar.info